Vaxtından qabaq doğulan uşaqlarda törənən sepsis zamanı qanda defensinlərin, endotoksinlərin və sitokinlərin təyininin diaqnostik əhəmiyyəti

XÜLASƏ: Məqalə vaxtından əvvəl doğulan uşaqlarda törənən sepsis zamanı qanda defensinlərin, endotoksinlərin və sitokinlərin qatılığının dəyişmələri və bu dəyişikliklərin diaqnostik əhəmiyyəti haqqında ədəbiyyat məlumatlarının icmalına həsr edilmişdir.Bu problemin həllindən ötrü müəllif müasir ədəbiyyatməlumatlarını araşdırmış və onları klinik praktikada rast gəldiyi faktlarla müqayisəli şəkildə şərh etmişdir. Müəllifin fikrincə, antimikriob peptidlərin,defensinlərin və sitokinlərin çoxşaxəli funksiyalarının öyrənilməsi sepsisin diaqnostikası və müalicəsi üçün əhəmiyyətli yeniliklərə səbəb ola bilər.

Acarsözlər:Yenidoğulmuşlar və vaxtından qabaq doğulan sepsisli uşaqlar, AMP- (antimikrob peptidlər) defensinlər, endotoksinlər, Iltihabönlü və iltihabəleyhinə sitokinlər (İL-6 və İL-8).

 

 

Sepsis orqanizmin infeksiyaya qarşı sistem xarakterli cavab reaksiyası olub, geniş yayılmış toxuma zədələnmələrinə gətirib çıxaran poliorqan çatışmazlığı da daxil olmaqla müxtəlif ağırlıq dərəcəsinə malik klinik sindromlar spektirini əhatə edir.Neonatal sepsis (NS) vaxtında doğulan və vaxtından qabaq doğulan uşaqlar arasında üstünlük təşkil edən əsas xəstəliklərdən biridir. Bu uşaqlara qulluq sahəsində müəyyən nailiyyətlər əldə edilsə də, iltihabın kəskinləşmə dərəcəsinin azalması və xəstə uşaqların sağalma ehtimalının artmasına baxmayaraq neonatal sepsis problemi tam həllini tapmamışdır.Bu problemə əsasən, çox az kütləli yeni doğulmuşlarda ( rast gəlinir. NS-nin simptom və əlamətləri qeyri-spesifik olub, hipertermiya və ya bədən temperaturunun düşməsi, respirator disstress sindromu, sianoz və apnoe tutmaları, hipotoniya, qıcolma, hepatomeqaliya, naməlum mənşəli sarılıq, əmmə refleksinin zəif olması kimi hallarla təzahür edə bilər .

Eyni zamanda nekrotik enterekolit (NEK) bağırsağın kəskin nekrotik iltihabı yeni doğulmuşlarda sepsisə səbəb ola bilər . Yenidoğulmuşların sepsisi yoluxma müddətinə görə erkən və gecikmiş olmaqla iki qrupa bölünür. Belə qruplaşma antibakterial terapiyanı istiqamətləndirməyə kömək edir. Erkən sepsis doğuşdan sonrakı ilk üç gün (72 saat) ərzində yaranan sepsis olub, əsasən bakteriyanın bilavasitəanadan yeni doğulmuşlara (perinatal) keçməsi, gecikmiş sepsis isə həyatın birinci həftəsindən sonra meydana çıxan sepsisdir. Yəni postneonatal dövrdə yaranan sepsisdir.

Çox az kütləli yenidoğulmuşlarda gecikmiş sepsisin yaranma riski daha çox olur. Bu da onların immun sisteminin tam formalaşmaması, intensiv terapiya şöbəsındə ağciyərlərin süni ventilyasiysında uzun müddət qalması, endotraxial boruların, kateterlərin və başqa invaziv prosedurların tətbiqi ilə izah edilir .Erkən sepsis zamanı ən çox aşkar edilən törədicilər  qrupu streptokoklar və qram(-) mənfi çöplərdir (xüsusilə Е.соli). Bundan başqa, qızılı stafilakoklara,  Haemophilus influenzae və entrokokklara da rast gəlmək olar .

Sepsisin diaqnostikasında istifadə edilən bakterioloji (qan nümunələrində bakteriyaların aşkar olunması) metod qızıl standart kimi qəbul edilir. Lakin nəticələri əldə etmək üçün 24-48 saat kultivasiya və yenidoğulmuşlardan 0,5-1 ml qan götürülməsi bu metodun həssaslığınıaşağı salır.Belə ki, 60-70%  üşaqlarda bakterimiya səviyyəsi aşağı olur. Əslində daha dürüst nəticə əldə etmək ücün 6 mlqan tələb edilir. lakin yenidoğulmuşdan bu qədər qan götürmək məqsədəuyğun deyil.Eyni zamanda qanın bakterioloji müayinəsi ilə sepsis diaqnozunu təsdiq etmək cətinlik yaradır.Belə ki,müayinənin nəticəsi mənfi olduqda sepsisi inkar etmək olar və ya əksinə.Buna görə də NS-nin diaqnozunu dəqiqləşdirmək və tezləşdirmək məqsədilə diaqnostik test daha spesifik və həssas olmalıdır. Bu da müalicədə gecikmələrin qarşısını alır.

Antimikrob peptitlər (AMP) immun sistemin anadangəlmə humoral, qeyri-spesifik[12]amillərinə aid olub, orqanizmin bakteriyalardan, patogen mikroblardan, göbələklərdən və viruslardan mühafizəsini təmin edir. Onlar əsasən neytrofillərin lizosomunda yerləşir və geniş bioloji aktivliyə malik olub, makrofaqların, neytrofillərin, dentrid hüceyrələrinin hemotaksisini, tosqun hüceyrələrin deqranulyasiyasını stimulə edir. Bu hüceyrələr patogenlər, iltihablaşmış hüceyrələr tərəfindən əmələ gələn konservativ molekullarını tanımaq qabiliyyətinə malikdirlər.Immun sistemin bu hüceyrələri ”təhlükəli molekul” ilə rastlaşdıqda hemokin sintez edirlər.Bu hemokinlər hüceyrələri iltihab ocağına yönəltməklə faqositlərin,sitostatik hüceyrələrin, sitokinlərin həmçinin AMP-lərin birgə köməyi ilə təhlükəni aradan qaldırırlar. AMP-lər yüzə qədər aminturşu qalığının birləşməsindən əmələ gələn xırda molekullu birləşmədir. AMP-lər bir-birindən qısa antipatik molekulların 10-50 aminturşuların yerləşməsinə görə fərqlənilər. İnsanlarda AMP-nin 3 növü vardır:

  1. Defensinlər;
  2. Katelisidinlər;
  3. Histatinlər [15].

Son onilliklər nəticəsində əldə edilən məlumatlara əsasən defensinlər sepsisin laborator diaqnostikasında mühüm rol oynayır.

Defensinlər – anadangəlməimmunitetin əsas komponentlərindən biridir. Bu peptid molekul strukturunda olan 3 disulfid rabitəsinin yerləşməsindən və fəza quruluşlarından asılı olaraq 3 yarımqrupa (tipə) bölünürlər:

Defensinlər sepsisə səbəb olan bakteriyalara qarşı güclü antimikrob aktivliyə malikdir. Onlar qram (+) və qram (-) bakteriyaların çoxunu, göbələk və virusların isə bəzi növlərini məhv edə bilirlər. İnsanda α-defensinlərin 6 növü aşkar edilmişdir ki, onlardan 4 növü neytrofillərdən HNP (human neytrofilis peptid [HNP]1-4), 2 növü isə bağırsağın Panet hüceyrələrindən (HD)  ekspressiya olunurlar. HD5 və HNP1 mikrosporidilərin sporlarının əmələ gəlməsini tormozlayır və Toxoplasma gondii kolonyalarının artmasının qarşısını almaq qabiliyyətinə malikdir .

defensinlər tənəffüs, sidik-cinsiyyət sisteminin epitel hüceyrələri üzərində yayılmışlar. Onlar [17,18] S.aureus, Streptococcus pyognes və Candida albicans kimi qram (-) bakteriyaları effektiv məhv edə bilirlər. β-defensin-3 multirezistentliyə malik olan S.aureus və vankometsinə qarşı rezisdent olan entrokokklara qarşı bakteriosid təsir göstərir. -defensin 2-nin çatışmazlığı Kron xəstəliyi zamanı müşahidə edlir.

Defensinlərin bakteriosid təsirinin klassik mexanizmi məsamələrin əmələgəlmə nəzəriyyəsidir. Bu məsamə nəzəriyyəsinə görə yüklü AMP-lər (-) yüklənmiş bakterial membranın səthində yerləşən lipopolisaxaridlərə, fosfolipidlərə yaxınlaşıb, transmembran məsamələr əmələ gətirərək hüceyrənin tamlığını pozur, bakteriyanın lizisinə səbəb olur.

Defensinlər iltihabtörədici sitokinlərin sintezini tənzimləmək qabiliyyətinə malik olduqları üçün iltihabi prosesintənzimlənməsində də mühüm rol oynayırlar. Polimorfnüvəli hüceyrələrdə sintez edilən α-defensinlər, xroniki iltihabi prosesdəmakrofaqlardan sitrokinlərin vəazot oksidin (NO)sekresiyasınızəiflədirlər.Qeyd etmək lazımdır ki, iltihab zamanı bioloji materiallarda defenzinlərin konsentrasiyasının artması onların öz hüceyrələrinə qarşı sitopatik təsirinin qarşısınin alınmasda çətinliklər yaradır.

Defenzinlər tənzimləyici xüsusiyyətə malikdirlər.HNP-lər adaptiv immunitetin effektliyini təmin edə bilirlər.HNP yetişməmiş dendrit hüceyrələr,CD4+/CD45RA+və CD8+limfositləri uçun, HBD isə CD4+/CD45RO+ limfositləri və dendrit hüceyrələri üçün xemoattranktat ola bilərlər. Eyni zamanda HBD-2 neytrofillər uçun potensial xemoattranktat hesab edilir.Bununla da iltihab ocağına daha çox neytrofillər cəlb olunur.Defenzinlər çox az konsentrasiyalarda (10-100 dəfə az) xemotaksis təsir göstərə bilirlər ki,bu da mikrobların məhvinə kifayət etmir .

Neonatal sepsis zamanı qanda sitokinlərin qatılığı kəskin dərəcədə artır. Bu hal hətta kəskin faza zülallarının artmasından əvvəlbaş verir. Yenidoğulmuşlarda bakterial infeksiyaya qarşı cavab reaksiyası kimi bəzi sitokinlərin (İL-, 6, 8,  qandakı qatılığı daha sürətlə artır. Bu artım hətta yenidoğulmuşlarda sepsisin simptomlarından qabaq müşahidə ediə bilər. Sitokinlər plasentar baryerdən keçmədiyinə görə,göbək ciyəsindən götürülən qan nümunələrində bu sitokinlərin artması müşahidə edilir. Bu da sonradan yenidoğulmuşlarda həyatın ilk saatlarında sepsisin inkişafı haqqında müəyyən fikir söyləməyə imkan verir.

 

Yazının müəllifi

Kərimova Nazilə Tələt qızı

Bölmə rəhbəri

Elmi-diaqnostik tədqiqatlar laboratoriyası