Vaxtında peyvəndləri olunmamış uşaqlara yanaşma

Uşaqların xəstələnməklərinə və ya başqa səbəblərinə bağlı olaraq  peyvəndlənmələri gecikə bilər və ya unudula bilinər. Bəzən də belə hallar olur ki, valideynlər əsassız səbəblər gətirərək övladlarını peyvənd elətdirməkdən imtina edirlər.

Ümumiyyətlə, uşağın müayinəsi (müalicəsi) ilə bağlı həkimə müraciət edildikdə mütləq peyvənd cədvəli yoxlanmalı və əksik olan peyvəndlər edilərək tamamlanmalıdır. Dünyada uşaqlıq dövründə qızılca, göyöskürək, difteriya, polimielit kimi infeksiyalara qarşı peyvəndlənmənin aparılması hesabına bu yoluxucu xəstəliklərə rast gəlinmə tezliyi azalıb.

Peyvənd ilə qoruna bilinən yoluxucu xəstəliklərə qarşı tam qorunmaq üçün əhalinin 80%-i peyvənd olunmalıdır. Bu hədəfə çatmaq üçün uşaqların peyvəndlənməsinin qarşısını alan faktorlar bilinməli və ortadan qaldırılmalıdır.

Peyvəndləri tam edilməmiş uşaqlarda əvvəlki peyvənd dozları təkrar etməyə ehtiyac yoxdur.

Uzun müddət keçmiş olsa da, peyvəndlənməyə harda qalınıbsa ordan da davam edilməlidir. Vaxtında peyvəndləri olunmamış uşağın yaşına uyğun olaraq peyvəndlənmə aparılmalıdır.

Əgər peyvəndlənmə heç aparılmayıbsa onda o yaşa qədər ehtiyac olan peyvəndlər sürətli şəkildə ediləcəkdir.

Azaldılmış və ya bölünmüş dozda edilən peyvəndlər sayılmır.

Peyvəndləri əksik aparılmış uşaqlara həkiminizin məsləhəti ilə canlı və ya inaktiv peyvəndlər birlikdə edilə bilinər. Belə halda immun cavab zəif alınmayacaq və ya peyvəndin yan təsirləri daha çox müşahidə edilməyəcəkdir.

Vaxtında peyvəndləri olunmamış uşaqlar üçün cədvəl aşağıdakı kimidir.

  12 – 71 ay arası uşaqlar 6 – 13 yaş arası uşaqlar 14 yaş və yuxarı uşaqlar
İlk peyvəndlənmə aDifteriya , Göyöskürək, Tetanus- İPV- Hib, Hep.B, Pk, BCG ( mantu sınağından sonra), Tetanus- difterita (Td), İPV (OPV),  Hep.B, Qızılca-Qulaqdibi- Məxmərək Tetanus- difterita (Td), OPV, Hep.B, Qızılca-Qulaqdibi- Məxmərək.
İlk peyvəndlənmədən 1 ay sonra Qızılca-Qulaqdibi- Məxmərək
İlk peyvəndlənmədən 2 ay sonra aDifteriya , Göyöskürək, Tetanus- İPV- Hib,Pk, Hep.B, OPV Tetanus- difterita (Td), Hep.B, İPV (OPV), Qızılca-Qulaqdibi- Məxmərək Tetanus- difterita (Td), OPV, Hep.B, Qızılca-Qulaqdibi- Məxmərək
İlk peyvəndlənmədən 8 ay sonra aDifteriya , Göyöskürək, Tetanus- İPV, Hep.B, OPV, Tetanus-difteriya (Td), Hep.B, İPV (OPV) Tetanus- difteriya (Td), Hep.B
  • 12-23 ay arası uşaqlara iki dəfə konyuqə olunmuş pnevmokok peyvəndi (Pk) ( 2 ay ara ilə), 24-59 ay arası uşaqlara isə tək doz konyuqə olunmuş pnevmokok peyvəndi (Pk) vurulması məsləhət görülür.
  • Əgər uşaq risk qrupunda deyildirsə, 5 yaşdan yuxarı uşaqlarda Hib və pnevmokok kimi infeksiyalara qarşı artıq immun cavab yaranacağından bu peyvəndləri etməyə ehtiyac yoxdur.
  • Əgər peyvəndlər yarımçıq edilibsə məs: DTaG ( Difteriya, Tetanus, Göyöskürək) son doz qalıbsa və uşağın 4 yaşı varsa onda, 4-6 yaş arası təkrari doza ehtiyac yoxdur.
  • 6 yaşdan yuxarı uşaqlarda əgər varsa zəiflədilmiş göyöskürək, zəiflədilmiş difteriya, tetanus peyvəndlənməsi də aparıla bilinər.
  • Xüsusən 4-6 yaş arası uşaqlarda QPM (qızılca, parotit, məxmərək) peyvəndini 2 ci dozunu vurmağa diqqət olunmalıdır.
  • BCG peyvəndi uşaqlarda PPD sınağından sonra nəticəyə uyğun olaraq aparıla bilinər.
  • 15-59 ci ay arası uşaqlarda tək doz Hib kifayətdir. 60 ay və yuxarı uşaqlarda Hib etməyə ehtiyac yoxdur

Uşaqlıq dövrü peyvənlənmələri məktəb dövründə peyvəndlənmə ilə davam ediləcəkdir.  Peyvəndlənmə edilmədən əvvəl serolojik test edilərək bu infeksion prosesin keçirib-keçirmədiyi yoxlanıla bilinər.

Mütəxəssis pediatr Dr.Nərmin Əzizova
Phd.Uzman Dr.Əli Quliyev

Yazının müəllifi

Əzizova Nərmin Akif qızı

Pediatr

Anesteziologiya Reanimasiya və İntensiv terapiya şöbəsi