Uşaqlarda limfa düyünlərinin böyüməsi

Uşaqlarda limfa vəzilərin böyüməsi valideynləri çox narahat edən mövzulardan biridir.

Limfa vəziləri nədir?

Limfa vəziləri bədənimizdə yayılmış, immun sistemində əsas rol oynayan, orqanizmi ətraf mühitə qarşı müdafiə edən vəzidir. İmmun sistemdə əsas yeri tutan limfa vəzilərinin vacib vəzifəsi orqanizmə daxil olan müxtəlif yoluxucu xəstəliklərə qarşı qorumaqdır.

İnsan bədənində 600-ə qədər limfa düyünü vardır. Limfa vəziləri boyun, qoltuq altı, qasıq, diz arxası, döş qəfəsi və qarın boşluğu kimi bədənin müxtəlif hissəllərində yerləşmişdir. Lakin, bu vəzilər müxtəlif səbəbdən böyüyə bilər və valideynlər bunu əllə hiss edə və ya gözlə görə bilərlər. Sağlam uşaqlarda, həmçinin yenidoğulmuş uşaqlarda da kiçik limfa vəzilərinin böyüməsi və əllə hiss edilməsi mümkündür.

Limfa vəzilərinin böyüməsinə səbəblər hansılardır?

Səbəb Limfa vəzilərin böyüklüyündən, sayından, yerindən, ətraf toxuma ilə əlaqəsindən, konsistenisyasıdan (qatılığı), vəzinin ölçüsünün dəyişib-dəyişməməsindən, xəstənin yaşından və digər klinik simptomlardan aslı olaraq dəyişir. Limfa vəzilərin böyüməsi əsasən infeksiyon proseslərdə müşahidə olunur. Əsasən infeksion prosesin nəticəsi olaraq limfa vəziləri şişir. Əsasən 1 sm ölçüsünə qədər böyüyən limfa vəziləri normal qəbul edilir ancaq daha çox böyüdükdə isə mütləq həkimə müraciət olunmalıdır. Uşaqlarda böyüklərdən fərqli olaraq limfa vəziləri infeksiya, travma, pişik cırmağı və s. kimi qıcıqlara daha sürətli və effektiv cavab verir. Revmatizma xəstəliklər,  autoimmun xəstəliklər, metabolik (depo) xəstəlikləri, müxtəlif dərmanlar və toksik maddələr limfa vəzilərin böyüməsinə səbəb olur. Nadir hallarda limfoma və ya leykoz kimi bəzi xərçəng növlərində də limfa vəzilərin böyüməsinə rast gəlinə bilinər. Səbəbin dəqiq müəyyən edilməsi və diaqnoz qoyulmada gecikmə olmamalıdır və lazım olan müayinə və müalicə aparılmalıdır üçün həkimə müraciət olunmalı, xəstə hekayəsi və diqqətli fizik müayinələr aparılmalıdır. Səyahət hekayəsi, qan transfuziyası, ailədə vərəm xəstələrin olması və ya vərəm xəstəsi ilə kontakt, HİV, EBV (epştein-barr virusu), streptokok infeksiyası, brusella, evdə pişiyin olub olmaması, son dövrlərdə peyvəndlənmə aparılıb -aparılmaması öyrənilməlidir.

Səbəblər aşağıdakı kimi sıralana bilinər:

  1. İnfeksion səbəblər: virus, bakterial, göbələk, parazitar
  2. Autoimmun xəstəliklər (qırmızı qurd eşənəyi, yuvenil idiopatik artrit, vaskulit sindromları, autoimmun hemolitik xəstəlik)
  3. Depo xəstəlikləri (Gaucher, Niemann Pick)
  4. Neoplastik xəstəliklər (kəskin leykoz, limfomalar, nöroblastomalar və s.)
  5. Digər genrailizə olunmuş LAP səbəbləri (Kavasaki xəstəliyi, pişik cırmağı xəstəliyi, atopik dermatit, xronik qranulomatoz xəstəlik, və s.)

Limfa vəzilərin böyüməsinin əlamətləri hansılardır?

Limfa vəzilərin böyüməsi infeksiyon əlamətlərlə yanaşı, qızdırma, çəki itkisi, gecə tərləməsi, qansızlıq, səpgilər kimi əlamətlərlə müşahidə edilə bilinər. Limfa düyünlərin böyüməsi müşahidə edildikdə qızıdrma, oynaq/sümük ağrısı, səpgilər, çəki itkisi, gecə tərləməsi, qaşıntı, nəfəs darlığı, son 1 ay daxilində keçirilən infeksiyalar, heyvan təması, ailədə keçirilən xəstəliklər, səyahət olub -olmaması, vərəm və peyvənd vurulması barədə məlumat toplanmalıdır.  Şikayərləri dəyərləndirdikdə limfa vəzilərin yayılması, böyümə sürəti, ətraf toxumalara yapışıqlığı və ya hərəkətli olması və bu vəziyyətə səbəb ola biləcək dərman istifadəsinə mütləq diqqət edilməlidir.

Hər böyüyən limfa vəzisi təhlükəlidir?

Uşaqlarda limfa vəzilərin böyüməsinin əsas səbəbi infeksion proseslərdir. Məsələn: çənə altında limfa vəzilərin şişməsinə əsas səbəb çürüyən dişin absesləşməsidir. Əgər infeksiyon proses müalicə olunsa yavaş-yavaş limfa vəziləri də kiçiləcəkdir.

Limfa vəzilərin böyüməsi infeksiya mənşəli olduqda əsasən aşağıdakı əlamətlərə  rast gəlinir:

  • Ağrı
  • Limfa vəznin böyüməsinin son dövrlərdə rast gəlinməsi
  • Limfa vəzinin üzərini örtən dəridə qızarıqlıq
  • İnfeksiyon ocağın müəyyən edilməsi (badamcıqların iltihabı, sinuzit, diş çürüyü, yuxarı tənəffüs yolların infeksiyası, farengit, konyuktivit, diş əti infeksiyaları, dəri infeksiyaları, aşağı tənəffüs yol infeksiyaları və genital infeksiyalar və s.)
  • Limfa vəzinin müayinəsində yumşaq konsistensiyada olmasıdır.

Əgər limfa vəzilərinin aşağıdakı əlamətləri varsa diqqətli olunmalıdır:

  • Böyümənin həftələr boyunca davam etməsi və antibiotik müalicə ilə geriyə sorulma olmaması
  • Ağrının olmaması
  • Vəzinin sərt konsistensiyada olması
  • Bir birinə yapışmış rezin kimi olan birdən çox vəzin hiss edildikdə vaxt itirilmədən həkimə müraciət olunmalıdır.

Uşaqlıq dövrü xərçəngləri arasında ən çox rast gəlinən limfomalar və leykozlar da boyun, qoltuqaltı və qasıqdakı limfa vəziləri ağrısız şəkildə böyüyür. Valideynlər diqqətli yanaşmalı ehtiyac olduqda vaxt itirmədən hematoloqa və onkoloqa müraciət edilməlidir.

Diaqnoz qoymaq üçün əsas geniş xəstə hekayəsi və fiziki müayinə ilə yanaşı həmçinin müxtəlif analizlər istənilə bilinər. Həkiminizin məsləhəti ilə ehtiyac olduqda ikitərəfli ağciyər rentgeni, ultrasəs müayinəsi, komputer tomoqrafiya kimi diaqnostik müayinələr və ehtiyac olduqda biopsiya da aparıla bilinər. Limfa düyünlərin böyüməsi ümumi qan analizi, periferik yayma aparılmalıdır. EÇS, qaraciyər və böyrək funksiyaları öyrənilərək mikroorqanizmanın həmçinin səbəbin müəyyən edilməsində vacibdir.

İnfeksyon prosesə bağlı olan limfa vəzilərin böyüməsində bakteriyal və ya viral mənşəli olmağı müəyyən edilməlidir. Bakteriyal mənşəli olduqda həkiminizin məsləhəti ilə antibiotik müalicəsi aparılmalıdır. Şişən limfa vəzilərin həssas və ağrılı olduqda həkim məsləhəti ilə isti kompres qoyula və ağrıkəsici verilə bilinər. Virus mınşəli olduqda isə xəstəlik bitdikdə get gedə kiçilib əvvəlki vəziyyətinə qayıdır.

Limfa vəzilərin böyüməsi istifadə edilən dərmanlara bağlıdırsa həkimlə məsləhətləşməli və ona uyğun olaraq müalicə dəyişdirilməlidir.

Amma səbəb müəyyən edilə bilmirsə və limfa vəzilərin böyüməsi ilə yanaşı 1 aydan uzun müddət ölçüdə dəyişilmə hiss edilmirsə (və ya əksinə böyüyürsə), qızdırma, gecə tərləməsi və çəki itkisi kimi şikayətlərdə varsa mütləq həkimə müraciət olunmalıdır.

4-6 həftə daxilində balacalaşmayan və ya 8-10 həftə daxilində yaşa görə normal ölçüyə qayıtmayan limfa vəzilərinə qarşı çox diqqətli olmaq lazımdır.

Yazının müəllifi

Əzizova Nərmin Akif qızı

Pediatr

Anesteziologiya Reanimasiya və İntensiv terapiya şöbəsi