Mis-C

MİS-C XƏSTƏLİYİ (Multisistem inflamatuar sindrom).

Bu xəstəlik  Covid infeksiyası keciren (asemptomatik kecirilsə belə) uşaqlarda 3-4 hefte sonra virusun immun sisteminə təsiri ile yaranan inflamatuar prosseslərlə elaqədardir. Ən ağır vəziyyət qan dövranını tənzimləyən koronar damarlarda gedən iltihabi prosselərin yaranması ile elaqədardır. Belə ki, bir növ Kawasaki xesteliyinə bənzər klinik veziyyətlə özünü gosterir. Bu zaman baş verən simptomlar  aşagıdakılardır.

  • Hərarətin 38 dərəcə ve daha yüksək olması.
  • Mədə baģırsaq sistemi tərəfindən-kəskin qarin agrisi (hətta apendisit, bağırsaq keçməməzliyi bele düşünülə biler), gün ərzində 6-7 dəfə duru nəcis ifrazi, ürəkbulanma, qusma, qarin bosluģunda assitin olması.
  • Tənəffüs sistemi tərəfindən-döş qəfəsinde ağrı, öskürek, pnevmoniya, tənəffüs çatışmazlığı.
  • Dəridə səpgilər, əl və ayaq dərilərində səpgi ve epidermisin soyulması.
  • Gözlərdə qızarıqlıq, qansızmanın olması, konyuktivit.
  • Mukozalarda dodaqlarda, dildə qızarıqlıq, çatlaqlarin olması.
  • Hiperqlikemiya.
  • Ürək-damar çatışmazliğı, perikardit, hipotenziya, taxikardiya.
  • Sümük oynaq ağrıları.

Xəstəliyin ilkin diaqnozunu müəyyənleşdirmək üçün qanda iltihab markerlərinin (Covid antikor testləri, CRP, ferritin, D-dimer, IL-6, kreatinin ve s.) təyininə esaslanır. Mis C-nin müalicesi əsasən stasionar şəraitde aparılır ve müalicəyə tabe olan xəstəlikdir. Bir Mis C xəstəsinin sağalıb yenidən bu xəstəliye tutulma ehtimalı hələ rast gəlinməyib.

Yazının müəllifi

Salehova Günay Bədəl qızı

Böyük elmi işçi, tibb üzrə fəlsəfə doktoru

Anesteziologiya və reanimatologiya elmi bölməsi