Arı sancmasında ilk nə edilməlidir?

Arı sancması əsasən açıq havalarda olur və bu zaman çox vaxt tibbi müdaxiləyə ehtiyac olmadan evdə edilən ilkin tibbi yardımlar kifayət edir. Lakin, arı sancmasına qarşı allergiyası olan uşaqların bir və ya bir neçə arı tərəfindən sancması nəticəsində təcili müdaxilə ehtiyac olunan ciddi reaksiyalar baş verə bilər. Əlamətlər şəxsə görə yüngüldən ağıra dəyişə bilər. Əgər arı sancmasına qarşı allergiyayoxdursa və çoxlu sancma olmadısa, əlamətlər yüngül ağrı, qaşıntı, sancma nahiyyəsində isinmə kimi yüngül əlamətlərdir. Orta dərəcədəki reaksiyalarda qızarıqlıq və şişkinlik bir neçə gün müddətində tədricən artaraq davam edir.

Meydana gələn ağrılar, sancma sayısına, arının iynəsinin uzunluğuna, arının növünə (eşşək arısı, vəhşi arı) görə fərqlilik göstərir. Bal arıları adamı sancdıqdan sonra ölürlər. Lakin, eşşək arıları və vəhşi arılar kimi növlər birdən çox sanca bilər və yaşamaya davam edə bilər.

Arılar sancdıqda ağrı, qızarıqlıq və şişkinlik kimi əlamətlərə səbəb ola biləcək zəhərli toksinlər xaric edə bilərlər. Bəzi insanların bu toksinlərə qarşı allergiyası vardır. Arını iynəsindən yayılan toksinləri azaltmaq üçün dərinin altında qalan iynəni cımbız (пинцет) köməyi ilə çıxarılmalıdır. Arı sancmasında çalışmaq lazımdır ki, zəhərin yayılmasının qarşısını almaq üçün 30 saniyə ərzində arı iynəsini çıxarmaq lazımdır. Çünki, nə qədər uzun müddət qalarsa bir o qədər zəhərli olar və daha çox reaksiyalar şiddətli olaraq acıverici, ağrılı olar.

Daha sonra arının sancdığı yerə buz kompres qoyularaq yarana biləcək şişkinlik və ağrıların qarşısı alınmalıdır.Arı sancması əsasən zərərsizdir. Lakin, dil və dodaq kimi nahiyələri sancması nəticəsində allergik reaksiya varsa şişkinliyə bağlı olaraq tənəffüs almaqda çətinləşirsə diqqətli olmaqda fayda var.

Arı sancmasında ilk edilməsi vacib olanlar:

Arı sancmasında dərhal müdaxilə edilərsə ağrı daha az, sağalma isə sürətli olar. Arının iynəsini 30 saniyə cımbız və ya dırnaq  ucu ilə çıxarılması lazımdır. İynənin sıxaraq çıxarılması kisəyi partladıb daha çox zəhrin bədənə təmas etməsinə səbəb ola bilər, ona görə də diqqətli və sürətli hərəkət etmək vacibdir.

Arının sancdığı yerə soyuq su və sabunla yuyulmalıdır. Soyuq su rahatladır, sabun da çirki və zəhəri həmin yerdən təmizləəmyə kömək edir.
Ağrının qarşısını almaq üçün soyuq kompres və ya buz qoyulmalıdır. Buz həmçinin zəhərin bədən tərəfindən sorulmasının da qarşısını almaqda rol oynayır.  Buzun birbaşa dəriyə qoymaq yanmağa səbəb ola bilər. Ona görədə dəsmala bürülməli 20 dəqiqə üstündə qoyulmalıdır. Ehtiyac varsa təkrar təkrar edilə bilinər. Parasetamol və ya ibuprofen tərkibli ağrı kəsici vermək olar, antihistamin tərkibli losyonlar və ya siroplar faydalı ola bilər. Arı sancmasından 30 dəqiqə içində bəzən 1 saat daxilində allergik reaksiyalar verə bilərArının sancdığı yerdə aşağıdakı reaksiyalar ola bilər:

Ağrı: 1-3 saat boyunca şiddətli ağrı olur. Ağrıkəsici siroplar və lidokainli gellər faydalı olur.

Şişkinlik: Arının soxduğu yerdə şişkinlik 2 ilə 7 gün arasında davam edir. Soyuq kompres və lidokainli gellər faydalı olur.

Qızarıqlıq: Arının sancdığı yerində 1 həftəyə qədər davam edən qızarıqlıq ola bilər.

Qaşıntı: Həkimlə məsləhətləşib antihistamin tərkibli dərmanlar qəbul edilə bilinər.

Bal arısının sancdığı nahiyyəyə bal sürülməsi, yaranın sağalmasını sürətləndirir, ağrı və qaşıntı hissiyatını azaldır, həmçinin antiseptik xüsusiyyəti vardır.

 

 

Yüngül reaksiyalar da çox vaxt tibbi müdaxiləyə ehtiyac qalmır. Yandırcı ağrı, dəridə qabarıqlıq, qızartı və yüngül şişkinlik kimi əlamətlər olur. Əgər sizdə arı sancması olubsa əlamətlər yüngül olsa da yenə də yaxında olan poliklinikaya müraciət etməyiniz məsləhət görülür.

Ağır reaksiyalar  və ya anafilaksiya arı sancmasından bir neçə dəqiqə sonra meydana çıxır və həyati təhlükəyə səbəb ola bilər. Əsasən adrenalin vurulmalı və təcili yardım edilməlidir. Dəridə qaşıntı, boğazda şişkinlik, nəfəs almada çətinlik, ürək bulanma, qusma, baş gicəllənmə və huşun itməsi kimi əlamətlərlə ola bilər.

Arı sacmasında nə vaxt təcili yardıma zəng olunmalıdır?

  • Keçmişdə arı sancması nəticəsində allergik reaksiya olduğu bilinirsə
  • Tənəffüs darlığı varsa
  • Öskürək, boğulma hissi, səs tutulması olursa
  • Udma çətinləşməsi və ya tüpürcək axması varsa
  • Narahat olursa və taqətdən düşüb ayaqda dura bilmirsə
  • Danışığı pəltəkləşibsə Təcili yardımı çağıraraq kömək istəyə bilərsiz.

Gec allergik reaksiyalar olaraq qızdırma, qarın ağrısı, ürəkbulanma, qusma, başgicələnmə, bayılma, bədəndə şişkinlik kimi hallarda dərhal xəstəxanaya müraciət edilməlidir.

Keçmişdə arı sancmasından sonra anafilaktik şok keçirmişsizsə, həmişə yanınızda həşərat və böcək allergenlərinə qarşı təsirli gel daşımağınız məsləhət görülür. Çünki, təkrari sancmalarda bu cür gellər ağır ciddi reaksiyalardan sizi qoruya bilər.  Həmçinin infeksiya riskini azaltmaq üçün sancma yerini cızmamağa çalışılmalıdır. Çünki, çızıq olsa qaşıntı, şışkinlik və qızarıqlığı artıra bilər.

 

 

Yazının müəllifi

Əzizova Nərmin Akif qızı

Pediatr

Anesteziologiya Reanimasiya və İntensiv terapiya şöbəsi