ANA SÜDÜNÜN FAYDALARI VƏ ƏHƏMİYYƏTİ

Ana südünün yenidoğulmuş uşaq orqanizmi üçün rolu

Ana südü uşağın sağlam böyüməsi üçün ən möhtəşəm qidadır.Ana südü 6 ay boyunca yenidoğulmuşu bütün qida maddələri ilə təmin etməsinə,yaxşı həzm edilməsinə və müxtəlif xəstəliklərdən qorumasına görə əvəzsizdir.

Ana südü ilə qidalanan uşaqlarda:YTY infeksiyalarında72%,QİS infeksiyalarında 64% azalma,Allergik xəstəliklərin rast gəlmə tezliyində,Xərçəng xəstəliklərində,Ani uşaq ölümlərində və s. azalma müşahidə olunmuşdur.

Əmizdirən analarda Yumurtalıq və süd vəzi xərçənginə,Metobolik xəstəliklərə ,Zahılıq dövrü depressiyalarına və sa. az rastlaşılır.Həmçinin əmizdirmə-ana və uşaq münasibətini gücləndirir,hər ikisinə sakitləşdirici təsir göstərir və anadakı özgüvəni artırır.

İlk 6ayda uşağa sadəcə ana südü verilməsi,6ayından sonra əlavə qidayada başlayaraq  2yaşına kimi  ana südünün davam edilməsi gərəkdir.İlk 6ayda uşaq enerkinin 100%-ni,6-8 aylarda 70%-ni,9-12 aylarda 50%-ni,1-2 yaşlarda 40%-ni ana südündən alır.

Ana südü tərkibindəki zəngin qida maddələri ilə(zülallar,karbohidratlar,yağlar,vitaminlər,immunoglobulinler və s.) uşağın böyümə və inkişafında,immun sistemində,xəstəliklərdən qorumasında əvəzsiz rolu olan bir qarışımdır.

Biz Elmi-TədqiqatPediatriyaİnstitutuhəkim kollektivi olaraq bütün analarıuşaqlarınıözlərinin  “Möcüzə” südü ilə qidalandırmasına səsləyirik.

Yazının müəllifi

Əhmədova Səidə Mövlan qızı

Kiçik elmi işçi

Pulmonologiya elmi bölməsi