Ailələr üçün qızdırmaya bağlı qıcolmalar haqda bilməli olduqları vacib məqamlar

Uşağınız qızdırmalı olduğu dövürdə qıcolma keçirə bilər. Bu vəziyyət ana və ataları çox narahat edib qorxuzsa da, qızdırmaya bağlı keçirilən qıcolmaların ümumi olaraq uşağınıza zərərli təsiri yoxdur. Burada sizə qızdırmaya bağlı qıcolmalar haqda ümumi məlumat veriləcəkdir.  Daha ətraflı məlumat isə uşağınızın həkimindən ala bilərsiz.

Qızdırmaya bağlı qıcolmalar nədir?

Qıcolma beyindəki anormal elektrik aktivlik nəticəsində ortaya çıxan və kontrol edilə bilinməyən qısa müddətli anormal hərəkətlərdir. Əgər bu qıcolmalara qızdırma səbəb olursa qızdırmaya bağlı qıcolma deyilir. Qızdırmaya bağlı qıcolmalar əsasən 1-5 dəq davam edir. Xüsusən 6 ay – 6 yaş uşaqlar arasında görülür.  Ən çox 18- ci ay dövründə görülür. Xüsusən də bu qızdırmalar uşaqlıq dövründə keçirilən infeksion xəstəliklərə bağlıdır.

Qıcolma dövründə uşağınızda xüsusən əlləri və ayaqları şiddətli şəkildə əsməyə (yellənməyə) başlayar bəzən hətta tək tərəfli də ola bilər  və gözləri bir nöqtəyə sabitlənərək baxır.

Hər uşağın  qızdırmaya bağlı qıcolma keçirmə riski vardırmı?

Hər 100 uşaqdan 3-5 i uşaqlıq dövründə ən az bir dəfə qızdırmaya bağlı qıcolma keçirə bilər. Qızdırmaya bağlı qıcolma keçirən hər 10 uşaqdan 3 ündə də  qıcolma başqa bir qızdırmalı dövürdə təkrarlana bilər. Əsasən bu uşaqların ana və atalarındada uşaqlıq dövründə qızdırmaya bağlı qıcolma keçirmə hekayəsi vardır.

Qızdırmaya bağlı qıcolma təkrarlana bilər mi?

Xəstələrin 70 % i ömürlərində bir dəfə qızdırmaya bağlı qıcolma keçirirlər. Ancaq yüz xəstədən 10 una qədərində bu say 2 və ya daha çox sayda təkrarlana bilər. Ona görə ailələr bu vəziyyəti sakit qarşılamalıdır.

Qızdırmaya bağlı qıcolma hansı xəstəliklər dövründə daha çox rast gəlinir?

Qızdırmaya bağlı qıcolma bütün qızdırmalı infeksion xəstəliklər sırasında görülə bilinər. Amma xüsusən qıcolma səbəbi ola biləcək menengit ( beyin qişasının iltihabı) baxımından mütləq təcili dəyərləndirilmə edilməlidir. Xüsusən 1 yaşdan aşağı olan uşaqlarda qızdırmaya bağlı qıcolma keçirilirsə menengit xəstəliyi tərəfindən yoxlanmalı və ehtiyac olsa beyin onurğa mayesinə baxılmalıdır.

Qızdırmaya bağlı qıcolma vəziyyətində uşağa nə edilməlidir?

Əgər uşağınız  qızdırmaya bağlı qıcolma keçirirsə aşağıdakı mərhələləri etməyiniz məsləhət görülür:

  1. İlk öncə sakit olmağa və təlaş etməməyə çalışın.
  2. Rahat nəfəs ala bilsin deyə uşağınızı yan çevirin. Beləliklə ağız ifrazatının ağciyərlərə qaçmasının da qarşısını ala bilərsiz.
  3. Uşağınızın geyindiyi paltarları əynindən çıxarın və xüsusən boyun nahiyəsini rahatlaşdırın.
  4. Başının altına əlinizi və ya bir yastıq qoyun.
  5. Qızdırmaya bağlı qıcolmalar keçirən uşağınıza əlavə olaraq ağzını açmağa və ya əlinizi və ya qaşığı ağzına soxmağa çalışmağınız ona zərər yetirə bilər.
  6. Həmin an qızıdırma salıcı verməyiniz və ya ilıq duş qəbul etdirməyinizin də faydası olmayacaqdır.
  7. Qızdırmaya bağlı qıcolma dövründə hərəkətlərin necə olduğu və bu anormal hərəkətlərin nə qədər müddət davam etdiyinə diqqət edin. Mümkünsə qıcolmanın başladığı və qurtardığı vaxtları saata baxaraq qeyd edin. Çünki saata baxmadan nə qədər müddət davam etdiyini bilməyiniz mümkün deyildir.
  8. Əgər uşağınız daha əvvəl qızdırmaya bağlı qıcolma keçiribsə və həkiminiz diazepam yazıbsa onu anusdan qeyd edilən dozda verilməlidir. Həmçinin qısa müddət ərzində xəstəxanaya çatdırılmalıdır.

Qızdırmaya bağlı qıcolma sonrasında görülə bilinəcək vəziyyətlər hansılardır?

Uşaqlar əsasən qızdırmaya bağlı qıcolma sonrası yuxuya meyilli və dalğın olurlar. Bir müddət yatmağa ehtiyac hiss edirlər. Ona görə uşağınıza yemək, içmək və ya qızdırma salıcı vermədən əvvəl onun tam oyanıqlıq olduğuna əmin olmalısınız.

Qızdırmasalıcı verərək qıcolmaların qarşısı alına bilinər mi?

Qızdırmanın aşağı salınmış olması, hər zaman qıcolmanın ortaya çıxmayacağı və ya müddətinin az olacağı mənasına gəlmir. Ona görə də qıcolma dövründə qızdırma salıcı verməyə çalışmayın və qıcolma dövrü qurtaranadək gözləyin. Qızdırmaya bağlı görülən qıcolmalar xüsusən qızdırmanın yüksəlməyə başladığı dövürdə görülür. Hətta bəzən qıcolma keçirmədən əvvəl qızdırma olmaya da bilər. Bu dövürdə isə müşahidə zamanı qızdırma qalxa bilər.

Uşağınızın qızdırmasını necə aşağı sala bilərsiniz?

Uşağınızın isti olduğunu hiss etsəniz, tez termometrlə qızdırmasını ölçün. Əgər uşağınızın qızdırması varsa üstündən qalın geyimləri çıxardın. Və qızdırmasalıcı dərman verin. Daha ətraflı saytımızda olan Qızdırma haqqında bilməmiz vacib olan məlumatlar linkinə daxil olmağınız xahiş olunur.

Uşağınızın qızdırmaya bağlı qıcolma keçirmiş olması epilepsiya xəstəsi olacağını göstərir mi?

Çox zaman xeyir.   Qızdırmaya bağlı qıcolma keçirən hər 100 uşaqdan 5 ində epilepsiya inkişaf edə bilər.

Qızdırmaya bağlı qıcolmalar beyni zədələyə bilər mi?

Qızdırmaya bağlı qıcolmalar zamanı uşaqların görünüşü ailələri qorxuza bilər. Bu vaxta qədər aparılan tədqiqatlar qısa müddət davam edən qızdırmaya bağlı qıcolmaların beyinə zərər vermədiyi və ya qalıcı zədə qoymadığnı göstərir. Qızdırmaya bağlı qıcolmaların çoxu 15 dəq dən daha az davam edir. Ancaq çox uzun müddət (30 dəqiqəni keçən)  davam edən və tez –tez təkrarlayan qızdırmaya bağlı qıcolmalarda epilepsiya inkişaf etmə ehtimalının olduğu göstərilmişdir.

Qızdırmaya bağlı qıcolmalarda EEQ çəkdirməyə ehtiyac varmı?

Xeyir. Qızdırmaya bağlı qıcolma diaqnozunu qoymaq üçün EEQ çəkdirməyə ehtiyac yoxdur. Həkiminiz əgər  ehtiyac görmürsə EEQ çəkdirməyə çalışmayın. Eeq çəkimini həkiminiz əgər ehtiyac olarsa istəyə bilər.

Qızdırmaya bağlı qıcolmalarda beyin görüntülənmə ( Tomoqrafiya) etməyə ehtiyac var mı? 

Nomalda lazım deyildir. Ancaq xəstənin xüsusiyyətləri tipik qızdırmaya bağlı qıcolma kimi deyilsə həkiminiz görüntü istəyə bilər.

Qızdırmaya bağlı qıcolmaların təkrarlanmasının qarşısını ala biləcək dərmanlar vardır mı?

Təkrarlayan hər qızdırmaya bağlı qıcolmanın antiepileptiklə ilə müalicəsinin edilməsinə ehtiyac yoxdur. Ancaq bəzi xüsusi vəziyyətlərdə həkiminiz bu tip dərmanları verməyə ehtiyac edə bilər.

Uşağınızı infeksiyalardan qorumaq üçün ilk 6 ay sadəcə ana südü verin.Peyvəndlərini vaxtlı vaxtında etdirməyi unutmayın.

Yazının müəllifi

Əzizova Nərmin Akif qızı

Pediatr

Anesteziologiya Reanimasiya və İntensiv terapiya şöbəsi