Sevinc Nəsirova

Elmi katib, t.ü.f.d., dosent
Təhsil və iş təcrübəsi

Nəsirova Sevinc- K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun elmi katibi

T.ü.f.d., dosent Nəsirova Sevinc Ramiz qızı 1998-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-2002 illər ərzində K.Y. Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda ordinatura keçmişdir. 2002-ci ildən 2008-ci ilə qədər Azərbaycan Tibb Universiteti II müalicə-profilaktika fakultəsinin uşaq xəstəlikləri kafedrasında  aspiranturada təhsil almışdır. 2010-cu ildə “Müxtəlif mədə-bağırsaq xəstəlikləri olan südəmər uşaqlarda probiotiklərin və bioterapevtik agentlərin tətbiq edilməsinin səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2011-cu ildə “tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsi, 2017-ci ildə “dosent” elmi adı almışdır. 2011-2014-cü illərdə ET Pediatriya İnstitutunda Tibbi-sosial araşdırmalar və elmi-tədqiqat işlərinin planlaşdırılması elmi bölməsinin rəhbəri vəzifəsində işləmişdir. 2014-cü ildən ET Pediatriya İnstitutunun elmi katibidir. Nüfuzlu jurnal və konqres materiallarında 75-ə qədər elmi işi, 4 metodik tövsiyə dərc olunmuş, müxtəlif  beynəlxalq konfrans və konqreslərdə iştirak və çıxış etmişdir. “Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı”nın redaksiya şurasının üzvüdür.