Səadət Ələsgərova

Baş həkim, t.ü.f.d., dosent
Təhsil və iş təcrübəsi
  • 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
  • 1985-ci ildə E.Əfəndiyev adına 2 saylı Birləşmiş Şəhər xəstəxanasında internatura keçmişdir. 1987-1991-ci illərdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutunda reanimotoloq-neonatoloq vəzifəsində çalışmışdır. 1991-2018-ci illər Azərbaycan Tibb Universitetində əvvəlcə assistent, 2010-cu ildən dosent vəzifəsində çalışmışdır.
  • 1989-cu ildə Ukraynanın Xarkov şəhərində 2 ay, 1999-cu ildə Moldovanın Kişinyov Şəhərində 2 həftə müddətlərində ixtisaslaşdırma kursları keçmişdir. Çoxsaylı konfrans və konqreslərdə, o cümlədən Beynəlxalq konqreslər- Hamburq (2009), Kopenhagen (2010), Venesiyada (2017) iştirak etmişdir.
  • 1996-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 70-dən çox elmi məqalələr, o cümlədən 1 kitab-tədris vəsaiti, 3 metodik vəsaitin müəllifidir.
  • 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 2018-ci ilin may ayından K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutunda baş həkim vəzifəsinə təyin olunmuşdur.