Salehova Günay Bədəl qızı

Böyük elmi işçi, tibb üzrə fəlsəfə doktoru
Təhsil və iş təcrübəsi
  • 1999-cu ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinə daxil olmuşdur. 2005-2006 cı illərdə 6 saylı Uşaq Klinik Xəstəxanasında həkim internatura keçmişdir. ​
  • 2007-2018-ci ildə “Ömür” özəl tibb mərkəzində həkim Pediatr vəzfəsində çalışmışdır.
  • 2010-2017-cu ildə V. Axundov adına Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun dissertantı olmuşdur.
  • 2017-ci ildə Azərbaycan Dövlət Prezidenti yanında Ali Attestasiya Komissiyasının əmri ilə Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 18 elmi məqalələr, 1metodik tövsiyyə, 4tezis, 3beynəlxalq konfrans posterin müəllifidir. Çoxsaylı beynəlxalq və yerli konfransların aktiv və passiv iştrakçısı olmuşdur.
  • 14.09.2018-17.11.2018-ci illərdə Türkiyədə İstanbul Universitesi Cərrahpaşa Tıp fakültəsində Acil Bilim Dalında və Çoçuk Sağlığı və Hastalıkları bölümündə staj keçmişdir.
  • 2014, 2019-cü ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda sertfikasiyadan keçib diplomu təsdiqlənmişdir.
  • 14.12.2018-16.12.2018 Azərbaycan-Türkiyə 2-ci İntensiv Təlim Kursu (Bakı) keçmişdir.
  • 16.11.2019-19.11.2019 Azərbaycan-Türkiyə 3-ci İntensiv Təlim Kursu (Bakı) keçmişdir.
  • 2019-2021-ci illər ״Vaxtındanqabaq doğulanlarda tənəffüs pozulmalarının diaqnostikasında surfaktant zülallarının təyininin əhəmiyyəti״ mövzusunda Tədqiqatçı köməkçisi olaraq çalışmışdır.
  • 2021-ci ildən ״Ölkənin müxtəlif regionlarında doğulan 1 yaşa qədər uşaqlarda Aminturşu mübadilə pozğunluqlarının erkən dövrdə aşkarlanması״ mövzusunda Məsul Tədqiqatçı vəzifəsində çalışır.
  • 2018-ci ildən K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun Anaesteziologiya və İntensiv Reanimasiya şöbəsində Böyük elmi işçi vəzifəsində çalışır.
  • Dillər üzrə bilik səviyyəsi – Azərbaycan, Türk, Rus və Ingilis dillərində danışmaq, oxumaq, yazmaq, tərcümə etmək.