Nailə Rəhimova

Elmi işlər üzrə direktor müavini, t.e.d., dosent
Təhsil və iş təcrübəsi

1995-ci il  Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutu

1996-ci il – İnternatura

1996-2001 –ci il 1 saylı Tibb Məktəbində müəllim

2006-ci ildə – Aspirantura K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu.  «Yenidoğulmuşlarda mərkəzi sinir sisteminin hipoksik zədələnməsi zamanı böyrəklərin funksional vəziyyəti» mövzusunda elmi iş üzərində çalışmış, namizədlik dissertasiyasını müdafiə etmişdir.

2006-ci ildən K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda elmi katib vəzifələrində calışmışdır. 2009-2016-cı illər ərzində Elmi-Tədqiqat Pediatriya İnstitutunda yenidoğulanların patologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2014-cü ildən  Elmi-Tədqiqat Pediatriya İnstitutunun elmi işlər üzrə direktor müavinidir.

2011-cü ildə AAK-sı tərəfindən “Dosent” elmi adı verilmişdir.

2018-ci ildə «Yenidoğulan uşaqlarda  perinatal infeksiyalarin klinik-immunpatogenetik aspektləri, proqnozlaşdırılması və müalicəsi» mövzusunda tibb üzrə elmlər doktoru elmi adını almaq üçün dissertasiyanı müdafiə etmiş, AAK-sı tərəfindən tibb üzrə elmlər doktoru elmi adına layiq görülmüşdür.

Nüfuzlu jurnal və konqres materiallarında 120-ə qədər elmi işi,  7 metodik tövsiyə, “İngilis-Türk-Azərbaycan tibbi terminlər” lüğəti dərc olunmuş, müxtəlif  beynəlxalq konfrans və konqreslərdə iştirak və çıxış etmişdir. “Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı”nın məsul katibidir.