Məmmədova Aygün Ənvər qızı

Kiçik elmi işçi
Təhsil və iş təcrübəsi

2003-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.2003-2004-cü ildə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim-neonatoloq ixtisası üzrə internatura kursu keçmişdir. 2008-ci ildə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında sahə  pediatrı, 2009-cu ildən hal-hazıradək K.Y. Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunda Tibbi-sosial araşdırmalar və elmi-tədqiqat işlərinin planlaşdırılması bölməsində kiçik elmi işçi vəzifəsində çalışır. 2014-2018-ci illər ərzində K.Y. Fərəcova adına ETPİ-da dissertanturaya daxil olmuş və 2018-ci ildə “Generalizə olunmuş bətndaxili infeksiya ilə doğulan uşaqların sağlamlığının kompleks qiymətləndirilməsi” mövzusu üzrə tibb üzrə fəlsəfə doktoru almaq ücün elmi işi bitirmişdir. 40-a yaxın elmi işi çap olunmuşdur.