Hacıyeva Adilə Sabir qızı

Böyük elmi işçi, tibb elmləri doktoru, dosent
Təhsil və iş təcrübəsi

1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.1983-1989-cu illərdə  Şəmkir rayon xəstəxanasında, 1989-2003-cü illər ərzində 2 saylı uşaq xəstəxanasında, 1993-2001-ci ildə Bakı şəhəri 1 nömrəli uşaq poliklinikasında və 2002-ci ildən K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun vaxtındanqabaq doğulanların patologiyası şöbəsində həkim-neonatoloq və böyük elmi işçi kimi çalışır. 2009-cu ildə “Tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsini, 2018-ci ildə “Tibb Elmləri doktoru” elmi dərəcəsi və “Dosent” adını almışdır.