Əzizova Nərmin Akif qızı

Pediatr
Təhsil və iş təcrübəsi
  • 2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil almışdır.
  • 2014-cü ildə Universtiteti fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2014-cü ildə rezidenturaya daxil olmuş və Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq xəstəxanasında əmək fəaliyyətinə başlamışdır.
  • 2018-ci ildə Türkiyənin Ankara şəhərində yerləşən Hacettepe Uşaq Xəstəxanasında çalışmışdır. Həmin ildə rezidenturanı bitirmiş və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitunun Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkimi vəzifəsinə təyinat almışdır. Hal-hazırda həmin şöbənin həkimidir.
  • 2019-cu ildən 1 saylı Bakı Tibb Kollecində müəllimə kimi çalışır.
  • 2020-ci ildə disseranturaya keçirilən imtahanlardan müvəffəqiyyət qazanmış və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitunun dissertantıdır.
  • 5 elmi məqalənin, 2 tezisin müəllifidir.
  • Hal-hazırda “Kritik vəziyyətdə olan 1 yaşına qədər uşaqlarda anadangəlmə anomaliyaların diaqnostikası və proqnostik qiymətləndirilməsi” mövzusunda dissertasiya işi üzərində çalışır. Türk, İngilis, Rus dillərini bilir.