Əliyeva Aytəkin Mahir qızı

Kiçik elmi işçi
Təhsil və iş təcrübəsi

2006-cı ildə  Universitetin Pediatriya fakultəsini bitirmiş, həkim-pediatr ixtisası almışdır. 2006-2007-ci illərdə Elmi-Tədqiqat Pediatriya İnstitutunda pediatriya üzrə internatura keçmişdir. 2007-2009-cu illərdə Ağdam RMX-da həkim-pediatr vəzifəsində çalışmışdır. 2009-cu ildən ET Pediatriya İnstitutunun vaxtındanqabaq doğulan və yenidoğulanların patologiyası elmi bölməsində kiçik elmi işçi kimi çalışır. 2011-ci ildə Türkiyə Cumhuriyyəti Ankara şəhərində  Z.T.Burak Kadın Eğitim Araştırma Hastanesində neonatal reanimasiya üzrə kurs keçmişdir. 2016-2020-ci illərdə Yenidoğulanların patologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2019-cu ildə «Vaxtındanqabaq doğulanlarda nekrotik enterokolit zamanı epigenetik modifikasiyanın xəstəliyin ağırlıq dərəcəsinə təsiri» mövzusunda elmi işi təsdiq olunmuşdur. Hazırda bu istiqamətdə elmi işi davam edir. 29 elmi işin, 1 metodik tövsiyənin həmmüəllifidir.