Cəfərova Nigar Ağalar qızı

Həkim
Təhsil və iş təcrübəsi

1997-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət  Tibb Universitetinin Pediatriya fakultəsini bitirmiş, həkim-pediatr ixtisası almışdır. 1997-1998-ci illərdə pediatriya üzrə internatura keçmişdir. 1998-1999-cu illərdə Türk Amerikan Medical Centerdə çalışmışdır. 1999-cu ildə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutuna həkim-neonatoloq kimi işə qəbul olunmuşdur. Hal-hazırda yenidoğulmuşların patologiya şöbəsində həkim-neonatoloq kimi çalışır.