Babayeva Nərgiz Nəriman qızı

Həkim
Təhsil və iş təcrübəsi

1985-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakultəsini bitirmiş, həkim-pediatr ixtisası almışdır. 1985-1986-cı illərdə pediatriya üzrə internatura keçmişdir. 1989-ci ildə K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutuna həkim-pediatr kimi işə qəbul olunmuş, anezteziologiya, reanimasiya və intensiv terapiya  şöbəsində neonatoloq-reanimatoloq vəzifəsində çalışmışdır. 1992-ci ildən həmin institutun yoluxucu xəstəliklər şöbəsində həkim pediatr, 2005-2020-ci illər ərzində yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda yoluxucu xəstəliklər şöbəsinin həkimidir.