Fizioterapiya Və Tibbi Bərpa Şöbəsi
Fizioterapiya xəstəliklərin müxtəlif fiziki faktorlar istifadə etməklə profilaktik üsuludur. Fizioterapiya təbii amillərlə müalicə deməkdir. Bir çox xəstəliklərin profilaktikasında çox gözəl vasitə olan bu üsul bir qayda olaraq ağrısızdır, allergik reaksiyalara səbəb olmur və yan təsirləri yoxdur . Lakin bəzilərinin əks-göstərişləri vardır, ona görə də müalicədən öncə həkimlə məsələhətləşmək lazımdır. Ağır travmalar sonrası reabilitasiya və xroniki iltihabı proseslər zamanı fizioterapiya müalicənin ayrılmaz hissəsidir. Fizioterapiya həm bütün orqanizmə, həm də ayrı nahiyələr üçün tətbiq oluna bilər. Hansı prosedurun olacağı pasientin yaşından, xəstəliyin dərəcəsindən asılıdır.