ETPİ-nin əməkdaşları "Təşəkkürnamə" ilə təltif olunublar

TƏBİB-in təşkilatçılığı ilə “Yeni Klinika” Tibb Mərkəzində 8 noyabr Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, TƏBİB-in struktur bölmə rəhbərləri , “Yeni Klinika” Tibb Mərkəzinin direktor vəzifəsini icra edən Musa Abbasov, Vətən müharibəsində ön cəbhə xəstəxanalarında çalışan bir qrup tibb işçiləri iştirak ediblər.

Elmi Tədqiqat Pediatriya İnstitutunun həkim cərrah Ələsgərli Lalə, tibb bacısı Heydərova Nuridə və Zeynalova İradə ön cəbhədə xidmət etdiklərinə görə “Təşəkkürnamə” ilə təltif olunublar.