ETPİ-nin əməkdaşları TƏBİB-in təşkilatçılığı ilə keçirilən təlimdə çıxış edib.

TƏBİB-in Elmi-tədqiqat və təhsil departamentinin təşkilatçılığı ilə Amerikanın Kardioloji Assosasiyası və Amerikanın Pediatrik Akademiyasının Neonatal Reanimasiya Proqramı (NRP) üzrə 2020-ci ildə təsdiqlənmiş əlavələri əhatə edən təlim kursu keçirilib.

Gəncə şəhərində keçirilən təlimdə İnstitutumuzun iki həkim əməkdaşı uzm.dr.Elşad Şıxəliyev “Müsbəttəyziqli ventilyasiya” “ Vaxtından əvvəl doğulmuş körpə reanimasiyası” və anestezioloq-reanimatoloq Ağayeva Afət “Ürəyin qapalı masajı”, “Reanimasiyadan sonrakı qulluq” mövzusunda çıxış edib. Təlimdə Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Göygöl, Samux və Goranboy Rayon Mərkəzi Xəstəxanalarında doğuşa yardım xidməti göstərən tibb işçiləri – ginekoloq, neonatoloq, mama və tibb bacıları iştirak edib.