ETPİ-də ağır qüsurla doğulmuş uşaqlar uğurla əməliyyat olunublar

Elmi-Tədqiqat Pediatriya İnstitutuna “Ağır ağciyər arteriyasının hipertenziyası- Anadangəlmə diafraqma yırtığı” diaqnozu ilə iki körpənin valideyinləri müraciət ediblər. Körpələr Reanimasiya şöbəsində əməliyyat önü hazırlıq aparıldıqdan sonra İnstitutun direktoru və Uşaq Cərrahiyyə şöbəsinin müdirinin nəzarəti altında eyni gündə peşəkar həkimlər tərəfindən əməliyyat olunublar. Uğurla icra edilən əməliyyatdan sonra körpələrimizin vəziyyəti yaxşıdır və sərbəst qidalanırlar. Yaxın günlərdə evə yola salınacaqlar.

Körpələrə hamiləliyin 22-ci həftəsində “Ağır ağciyər arteriyasının hipertenziyası- Anadangəlmə diafraqma yırtığı” diaqnozu qoyularkən, valideynləri hamiləliyi sonlandırmağı düşünüb. Ancaq bu fikirlərindən daşınıb və uşaqlar doğulan kimi bizim İnstitutumuzun həkimlərinə etibar ediblər.