Elmi-Tədqiqat Pediatriya İnstutunda (ETPİ) növbəti “Qida borusunun plastikası” əməliyyatı icra olunub

 

Valideynlər 34  həftəlik  800 qram çəki ilə doğulan körpəni  ağır vəziyyətdə  ETPİ yə çatdırıblar. Körpəyə müayinə zamanı qida borusu atreziyası,distal traxeo-ezofaqeal fistul,ikitərəfli pnevmoniya,açıq oval dəlik, qulaqcıqlararası  çəpərin anevrizması, anemiya,vaxtından əvvəl doğulmuş  az kütləli uşaq diaqnozu qoyulub.

Körpə  reanimasiyada əməliyyat önü hazırlıqdan sonra dərhal əməliyyata alınıb vəəməliyyat uğurla icra olunub.Reanimatoloqların  səyi nəticəsində körpənin vəziyyəti dahada yaxşilaşıb və çəkisi artıb 1670 qrama çatib.

Onu da qeyd edək ki, körpə  ETPİ -yə gətirilməmişdən öncə vaxtında düzgün diaqnoz qoyulmadığı üçün körpə qidalandırılıb və bu da körpənin pnevmoniya olmasına  səbəb olub.