Cərrah və reanimatoloqların birgə növbəti uğuru

Anadangəlmə diafraqma yırtığı ilə doğulan körpə ETPİ-də uğurla əməliyyat olunub.

Antenatal dövrdən diaqnozu bəlli olan körpənin valideynləri körpə doğulmamış Elmi-Tədqiqat Pediatriya İnstitutuna müraciət ediblər.

Körpədə  Anadangəlmə sol tərəfli diafraqma yırtığı ( Boqdalek yırtığı) diaqnozu təsdiqlənib. Daxili orqanlarından mədə, dalaq, nazik və yoğun bağırsaqların xeyli hissəsi döş qəfəsində yerləşib, sol ağciyər hipopolazik, ciddi pulmonar hipertenziya qeyd olunub.

Körpə  reanimasiyada əməliyyat önü hazırlıqdan sonra dərhal əməliyyata alınıb və əməliyyat uğurla icra olunub. Reanimatoloqların peşəkarlığı və səyi  nəticəsində körpənin vəziyyəti daha da yaxşılaşıb.

Başda cərrah Ümüd Musayev və  reanimatoloq İlhamə xanım Mirzəyeva olmaqla, ETPİ-nin əməyi keçən bütün əməkdaşlarına təşəkkür edirik.