Bugün "Kistik Fibrozis" dərnəyinin yaradılmasından 4 il ötür

Kistoz fibroz (KF) irsi yolla keçən metabolik xəstəlikdir. Onun əsas simptomlarına uşaqlıq dövründə keçirilən kəskin ağciyər xəstəlikləri və xroniki steatoreyaya səbəb olan mədəaltı vəzinin ekzokrin çatışmazlığı aid edilir.

Diaqnoz tərdə xloridin konsentrasiyasının ölçülməsinə əsaslanır. Bu test gen mutasiyalarının tədqiqi ilə dəstəklənə bilər.

Dərnəyi yaratmaqda məqsəd həyatı qısaldan “Kistik Fibrozis” ilə bağlı insanları daha çox məlumatlandırmaq, lazımi addımların atılması üçün həkim və əlaqədar digər araşdirmaçılarla işbirliyi qurmaq, beləliklə xəstə və xəstə yaxınlarının bu xəstəliklə yaşamasını asanlaşdırmaqdır.