Bugün ETPİ-də Neonatal Reanimasiya Proqramı(NRP) üzrə təlim keçirilib

Bugün TƏBİB-in  Elmi-Tədqiqat Pediatriya İnstitutunda Amerikanın Kardioloji Assosasiyası Pediatrik Akademiyasının Neonatal  Reanimasiya Proqramı(NRP) üzrə təlim başlanıb. Təlimdə TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin məsləhətçisi Nahidə Mahmudova və Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Uzm.Dr.Elşad Şıxəliyev çıxış edib. 3 gün davam edəcək təlimdə doğuşda iştirak edən tibb işçiləri-neonatoloq, mama-ginekoloq və tibb bacıları iştirak edib.