Bu gün Mehriban Əliyevanın doğum günüdür

    Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

    Mehriban xanımın təşəbbüsü ilə “Diabetli uşaqlara ən yüksək qayğı” , “Talassemiyasız həyat naminə” kimi böyük layihələrlə yanaşı paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından , dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir.

    Hörmətli Mehriban xanım sizi Elmi-Tədqiqat Pediatriya  İnstitutunun kollektivi  və xəstə uşaqlar adından doğum günü münasibəti ilə təbrik edirik , fəaliyyətinizdə uğurlar arzulayırıq!