Bu gün Leyla Əliyevanın doğum günüdür

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.

Leyla Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarıdır. Digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində yeni uşaq sağlamlıq mərkəzlərinin inşafı və yenidən qurulması, uşaq müalicə-diaqnostika, uşaq reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstə uşaqlara qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi kimi böyük layihələrə imza atıb. Leyla xanımın dəstəyi ilə Azərbaycanda talassemiya, onkoloji və digər xəstəliklərdən əziyyət çəkən uşaqlara qayğı, onların müalicəsinin təşkil edilməsi istiqamətində mühüm layihələr uğurla həyata keçirilmişdir.

Hörmətli Leyla xanım sizi ETPİ-nin kollektivi və xəstə uşaqlar adından doğum günü münasibəti ilə təbrik edirik, fəaliyyətinizdə uğurlar arzulayırıq!