Şöbə haqqında

Konsultativ poliklinika şöbəsi Bakı şəhəri və Azərbaycanın bütün rayonlarından gələn xəstələrin müayinəsi və müalicəsini aparır.

Şöbə 1981-ci ildən fəaliyyət göstərir.

Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

  • İnstituta göndərilən xəstələrin ambulator müayinəsinin və müalicəsinin təşkili;
  • Ağır patologiyası olan xəstələrin institutun stasionarına hospitalizasiyası;
  • Diaqnozun dəqiqləşdirilməsi ilə əlaqədar konsultativ olaraq və ya profil üzrə hospitalizasiyası başqa tibb müəssisələrinə göndərilməsi.

Şöbədə aşağıdakı ixtisas üzrə həkimlər fəaliyyət göstərir:

  • Həkim-otorinolarinqoloq: şöbə müdiri-Kazımova Təranə.
  • Həkim-nevroloqlar: Strekova İrina, Məmmədova Əntiqə, Rəhimova Leyla.
  • Həkim-oftalmoloq: Bilalova Firuzə.
  • Həkim-terapevt: İsmiyeva Nübar.
  • Həkim-pediatrlar.
  • Həkim-cərrahlar.

Şöbə müasir diaqnostik avadanlıqlarla təchiz edilib və hər tərəfli müayinələrin aparılması üçün müvafiq şəraitə malikdir.

İl ərzində institutun konsultativ poliklinika şöbəsinə 22000-ə yaxın xəstə müraciət edir. Xəstələrə ixtisas üzrə şöbədə aşağıdakı müayinələr və müalicələr aparılır:

Uşaqlarda fiziki inkişafdan qalma və artıq çəki problemləri, raxit, helmintozlar, distrofiyalar, hipovitaminozlar, hipervitaminozlar, diatezlər, həzm sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, birləşdirici toxuma xəstəlikləri, ifrazat sistemi xəstəlikləri, MSS-nin hipoksik-işemik zədələnməsi, toksik ensefalopatiya, yuxu pozulması, MSS-nin oyanma sindromu, qıcolma və spazm; kəkələmə, gecə enurezi; görmə itiliyinin və görmə qüsurlarının müayinəsi, gözün ön seqment strukturlarının müayinəsi, göz dibinin müayinəsi; xarici qulaq keçəcəyinin müayinəsi, burun boşluğunun müayinəsi, ağız boşluğunun müayinəsi; USM və EXO müayinəsi, EEQ, rentgen müayinəsi, mikrobioloji, klinik və biokimyəvi laborator müayinələr.

Müraciət edən xəstələrin qəbulu yüksək ixtisaslı, ali kateqoriyalı həkimlər, tibb elmləri namizədi dərəcəsinə malik olan mütəxəssislər tərəfindən aparılır, ehtiyac yarandıqda institutun aparıcı elmi işçiləri, professorlar da prosesə cəlb edilirlər.

Stasionarlardan evə yazılan xəstələr konsultativ-poliklinika şöbəsində nəzarət altında qalır və lazım olan hallarda ambulator müayinə və müalicə alır.