"Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Günü" nə həsr olunmuş canlı konfrans keçirilib

UNICEF-in Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə əməkdaşlığı çərçivəsində 17 noyabr 2021- ci il tarixində “Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Günü” nə həsr olunmuş canlı konfrans keçirilib.
TƏBİB – in İdarə Heyətinin sədri Vüqar Qurbanovun sədrliyi ilə keçirilən konfransda Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d.A.A.Musayev nitq söyləyib. ETPİ-nin elmi işlər üzrə direktor müavini, Dos., t.e.d. Nailə Rəhimova “Yenidoğulmuş uşaqların rasional qidalanmasının təşkilində müasir strategiyalar”, Yenidoğulmuşların reanimasiya şöbəsinin müdiri Xalidə Mustafayeva “Vaxtından əvvəl doğulanların reanimasiya xidmətində yeniliklər və regionlarla əlaqə”, Uzman Dr. Raminə Rzayeva “Yenidoğulmuşların reanimasion terapiyadan sonra qulluğun prinsipləri”, Elmi işçi, Uzman Dr. Aynur İsmayılova “Vaxtından əvvəl doğulmuşlarda rast gəlinən müxtəlif xəstəliklərin müzakirəsi”, Vaxtından əvvəl doğulmuşlar şöbəsinin tibb bacısı Kübra Cəfərova “Vaxtından əvvəl doğulmuş uşaqlara tibb bacısı qulluğunun əsas xüsusiyyətləri” mövzusunda çıxış ediblər.