Aynur Əli qızı Poluxova- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktorun müalicə işlər üzrə müavini, t.ü.f.d., dosent.
1996-cı ildə Azərbaycan Tibb Universiteti Pediatriya fakultəsini M.Ə.Rəsulzadə adına təqaüdlə,
fərqlənmə diplomu ilə bitirib.
1996-2000-ci illərdə ATU-nun Neonatologiya kafedrasında klinik ordinatura keçirib.
2000-2002-ci
illərdə ATU-nun Neonatologiya kafedrasında b/laborant, 2002-2012-ci illərdə
assisent, 2012-2017-ci illərdə dosent kimi çalışıb.
2017-2023-cü
illərdə ATU-nun Neonatologiya kafedrası Uşaq xəstəlikləri kafedralarına
birləşdirildikdən sonra, II Uşaq xəstəlikləri kafedrası dosent kimi fəaliyyət
göstərib.
1 mart
2023-cü ildən Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun
direktorun müalicə işlər üzrə müavini və əvəzləmə üzrə ATU-nun II Uşaq
xəstəlikləri kafedrasının dosenti kimi çalışır. 31 avqust 2023-cü ildən K.Y.Fərəcova
adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəsifəsini icra edir.
Azərbaycan Respublikasının Prezidenti Yanında Ali
Attestasiya Komissiyasının qərarı ilə 2007-ci ildə tibb üzrə fəlsəfə doktoru
elmi dərəcəsi, 2013-cü ildə isə dosent elmi adı verilib.
Nüfuzlu jurnal və konqres materiallarında çap olunmuş 70-dən artıq elmi işin, o
cümlədən 1 dərslik, 1 dərs vəsaiti, 3 metodik vəsaitin müəllifidir. 80-dən artıq konfransda iştirak və məruzələrlə
çıxış etmişdir. Müxtəlif illərdə “Ana və uşaq sağlamlığı”, “Yenidoöulmuş
uşaqların ilkin reanimasiyası”, Neonatal reanimasiya”, “Pediatriya”, “Pediatrik
Təkmil Həyat dəstəyi”, “Ana və uşaq ölümünün azaldılma yolları” üzrə
ixtisasartırma kursları keçmişdir.
Yeni Azərbaycan Partiyasının, Rusiya Pediatrlar İttifaqının, Azərbaycan Pediatrlar
assosiasiyasının, Azərbaycan Səhiyyə Nazirliyinin Neonatal komissiyasının, Azərbaycan
Tibb Universitetinin Pediatriya ixtisası üzrə aprobasiya şurasının, Azərbaycan Perinatologiya və Pediatriya Jurnalının redaksiya heyətinin üzvüdür.