“Ana südü ilə uğurlu qidalandırmaya doğru On Addım” adlı növbəti təlim keçirilib

TƏBİB -in Ana və uşaq sağlamlığının təşkili şöbəsi və Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin BMT -nin Uşaq Fondu (UNİCEF) və Elmi Tədqiqat Pediatriya İnstitutu ilə birgə əməkdaşlığı çərçivəsində“Ana südü ilə uğurlu qidalandırmaya doğru On Addım” adlı növbəti təlimlər keçirilib.

Abşeron Mərkəzi Rayon Xəstəxanasında keçirilən təlimlərdə TƏBİB-in Tibbi xidmətlər departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin baş mütəxəssisi Şəbnəm Şahgəldiyeva və K.Y.Fərəcova adına ETPİ, Anesteziologiya-Reanimasiya və İntensiv Terapiya şöbəsinin həkim pediatrı Lamiyə Fərzəliyeva təlimçi qismində çıxış edib.

20 nəfərlik qrup üçün üç gün davam edən təlimlərə həkim-neonatoloq, mama-ginekoloq, mama və yenidoğulmuş uşaqlara qulluq edən tibb bacıları qatılıb.