"Ana südü ilə qidalandırmanın əhəmiyyəti" mövzusunda təlim keçiriləcək.

TƏBİB – in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin BMT -nin Uşaq Fondu (UNİCEF), Elmi Tədqiqat Pediatriya İnstitutu və Qeyri Hökümət Təşkiltaları (QHT) ilə birgə əməkdaşlığı çərçivəsində, 30 iyul tarixində saat 14:00-da “Ana südü ilə qidalandırmanın əhəmiyyəti” mövzusunda onlayn təlim keçiriləcək. Təlim perinatal xidmət göstərən tibb müəssələrinin (doğum evi, qadın məsləhətxanaları) əməkdaşları, sahə pediatrları və tibb bacıları  üçün nəzərdə tutulub.