"Ana südü ilə qidalandırmanın əhəmiyyəti" mövzusunda onlayn təlim keçrilib.   

Bugün TƏBİB – in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin BMT -nin Uşaq Fondu (UNİCEF), Elmi Tədqiqat Pediatriya İnstitutu və Qeyri Hökümət Təşkiltaları (QHT) ilə birgə əməkdaşlığı çərçivəsində, “Ana südü ilə qidalandırmanın əhəmiyyəti” mövzusunda onlayn təlim keçrilib.

Təlimin açılış nitqində TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri T.e.d Emil İskəndərov iştirak edib.

Onlayn keçiriliən təlimdə ETPİ -nin baş həkimi dos.Səadət Ələsgərova “Ana südü ilə uğurlu qidalandırmada ölkədəki ümumi vəziyyət”, ETPİ -nin həkim pediatrı Günay Salehova”Ana südü ilə uğurlu qidalandırmanın  ETPİ təcrübəsi” mövzusunda çıxış edib.