“Uşaqlarda reproduktiv sistemin patologiyalarına və cinsi anomaliyalara multidissiplinar yanaşma” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Azərbaycan Tibb Universiteti və Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının birgə təşkilatçılığı ilə 04 oktyabr 2025-ci il tarixində “Uşaqlarda reproduktiv sistemin patologiyalarına və cinsi anomaliyalara multidissiplinar yanaşma” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Konfransın keçirilməsində məqsəd uşaqlarda reproduktiv sistemlə bağlı rast gəlinən patologiyaların və cinsi inkişaf anomaliyalarının erkən diaqnostikası, müasir müalicə metodları və multidissiplinar (uşaq cərrahı, endokrinoloq, pediatr, ginekoloq, psixoloq və s.) yanaşmanın vacibliyi haqqında mütəxəssislər arasında fikir mübadiləsi aparmaqdır.
Tədbirin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunması üçün müraciət olunub.
Qeydiyyatdan keçməyə tələsin!
Konfransa qeydiyyat linki: https://forms.gle/iWJ2dQFnWtXUi2we8

Leave a Comment

Your email address will not be published. Required fields are marked *