dissertant Əliyeva Aytəkin Mahir qızının dissertasiya işinin annotasiyasının ilkin variantının müzakirəsi keçirilib

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) dissertantı Əliyeva Aytəkin Mahir qızının “Vaxtından əvvəl doğulanlarda nekrotik enterokolit zamanı epigenetik modifikasiyanın iltihabi prosesin ağırlıq dərəcəsinə təsiri” mövzusunda dissertasiya işinin annotasiyasının ilkin variantının müzakirəsi keçirilib. Müzakirədə elmi işin təcrübi əhəmiyyəti, yeniliyi, müayinə metodları, müayinə üçün nəzərdə tutulan körpələrin qruplara bölünməsi və s. barədə çox saylı suallar verilib, geniş müzakirələr aparılıb, tövsiyələr səsləndirilib.
Təqdim edilmiş iş müsbət qiymətləndirilmiş və ilkin mərhələdə müzakirə üçün Aprobasiya Komissiyasına təqdim olunması tövsiyə edilmişdir.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *