Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Daha sonra institutun direktoru, dosent Aynur Poluxova çıxış edərək 15 İyun tarixinin Azərbaycan üçün əhəmiyyətindən danışıb. O vurğulayıb ki, Ulu Öndərin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi və ölkəmizin inkişafının təməlini qoydu. Heydər Əliyev yalnız böhranın qarşısını almadı – o, ölkəmizi parçalanmaq təhlükəsindən çıxarıb inkişaf yoluna yönəltdi. Hüquqi dövlət quruculuğu, ordu formalaşması, neft strategiyası, xarici əlaqələrin möhkəmləndirilməsi və ən əsası – xalqın dövlətə olan inamının bərpası məhz onun uzaqgörən siyasətinin bəhrəsidir.
Ulu Öndərin sayəsində Azərbaycan çətinliklərdən çıxıb çiçəklənən və müasir bir dövlətə çevrildi. Bugünkü sabitlik, inkişaf və beynəlxalq nüfuzumuzun təməlində onun böyük xidmətləri dayanır-deyə bildirib.
Tədbir çərçivəsində Milli Qurtuluş Gününə həsr olunmuş videorolik nümayiş etdirildi. Ulu Öndərin ölkəmizə bəxş etdiyi sabitlik və tərəqqi yolu bir daha diqqətə çatdırıldı.
Əməkdaşlar arasında vətənpərvərlik ruhunu, həmrəyliyi gücləndirən bu tədbir yüksək əhval-ruhiyyə ilə yekunlaşdı.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *