Hər bir mütəxəssis üçün təşkil olunan müayinə otağında lazımı tibbi avadanlıqlar təchiz olunmuşdur. (EXO, EKQ, USM, qastrokolonoskopiya, bronxoskopiya)
Tədbirin sonunda qonaqlar institutda yaradılan şəraitdən, müxtəlif maraqlı patologiyalarla qarşılaşdıqlarından həkimlərimizin bilik və bacarıqlarından qonaqpərvərlikdən qarşılıqlı əməkdaşlıqdan birgə təcrübə paylaşımından çox məmnun olduqlarını qeyd ediblər və bu əlaqələrin daimi davam etməsi üçün hazır olduqlarını vurğulayıblar. Sonda institut üçün, səhiyyəmizin inkişafı üçün, gələcəyimiz olan uşaqların sağlamlığı uğrunda beynəlxalq əlaqələrin gücləndirilməsi uğrunda irəli sürdüyü təşəbbüsə görə Heydər Əliyev Fonduna və tədbirin təşkilində göstərdiyi yüksək diqqət və qayğıya görə fondun vitse prezidenti Leyla xanım Əliyevaya kollektiv adından dərin təşəkkürlərini bildiriblər. Ona gördüyü işlərdə uğurlar və Uca Tanrıdan möhkəm can sağlığı, bol-bol enerji arzulayırıq.

