Elmi Şuranın 5 saylı (may ayı üçün) növbəti iclası keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Elmi Şuranın 5 saylı (may ayı üçün) növbəti iclası keçirilib.
İnstitutunun direktoru, Elmi Şuranın sədri t.ü.f.d., dos Aynur Poluxova keçirilən iclasın gündəliyinə Somatika şöbəsinin 2024-cü il üçün illik hesabatının dinlənilməsi və müxtəlif məsələlərin daxil olduğu bildirilib.
Somatika şöbəsinin müdiri Leyla Gülməmmədova 2024-cü il üçün illik hesabat haqqında məruzə ilə çıxış edib. Hesabat müzakirə olunub, şöbənin fəaliyyəti qənaətbəxş hesab olunub və açıq səsvermə ilə təsdiqlənib.
Daha sonra elmi katib, dosent Sevinc Nəsirova gündəlikdəki digər məsələləri Şura üzvlərinə təqdim edib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *