Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın (martl ayı üçün) növbəti 3 saylı iclası keçirilib

İnstitutunun direktoru iclasın gündəliyinə Yenidoğulanların patologiya şöbəsinin və Diaqnostika şöbəsinin klinik hesabatı (2024-cü il üçün), o cümlədən müxtəlif məsələlərin daxil olduğunu bildirib. Şöbələrin hesabatı dinlənilib, hesabatlar ətraflı müzakirə olunub, tövsiyələr verilib və açıq səsvermədə qənaətbəxş hesab olunub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Tibbi-sosial araşdırmalar və elmi-tədqiqat planlaşdırılması şöbəsinin kiçik elmi işçisi Tükəz Məmmədova Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb üzrə fəlsəfə doktoru elmi adının verilməsi və diplomla təltif edilməsi münasibətilə təbrik edilib, və fəaliyyətində uğurlar arzulanıb.
Daha sonra Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (ETPİ) və Qazaxıstan Respublikasının “Pediatriya və Uşaq Cərrahiyyə Elmi Mərkəzi” arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində, ETPİ-nin elmi şöbəsinin müdiri, t.ü.f.d. Günay Salehova və kiçik elmi işçi Aytəkin Əliyevanın 13-14 mart 2025-ci il tarixlərində Qazaxıstan Respublikasında keçirilən II Qazaxıstan Beynəlxalq Neonatal Simpoziumunda spiker və moderator kimi iştirak etməsi şura üzvlərinin diqqətinə çatdırılıb. Həkim pediatr Aytəkin Əliyeva II Qazaxıstan Beynəlxalq Neonatal Simpoziumu haqqında hesabat xarakterli təqdimatla çıxış edib.
Sonda qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti keçiriləcək konfranslar haqqında məlumat verilib. Aprel ayında planlaşdırılan 2 konqres, Qırğızıstan Respublikasında beynəlxalq konfransda iştirak etmək üçün məruzəçilər və təqdim edilən məqalələr barədə məlumat verilib. Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq məsələlərinin müzakirəsi, nəzərdə tutulan neonatal mövzular planlaşdırılıb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *