Heydər Əliyev Fondu tərəfindən Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (ETPİ) təqdim edilən yüksək tezlikli Süni Ventilyasiya Aparatları xəstələrə göstərilən xidmətlə yanaşı, həkim mütəxəssislərin daha dəqiq və effektiv müalicə üsullarını inkişaf etdirmələri üçün əvəzsiz imkanlar yaradıb. Bu aparatların istifadəsi yeni elmi mövzunun yaranmasına səbəb olub.
ETPİ-nin doktorantı Regina Nemətova süni ventilyasiya aparatının rejimindən asılı olaraq vaxtından qabaq doğulan uşaqların böyrək zədələnməsinin ağırlıq dərəcəsini öyrənəcək.
Xidmətin səviyyəsinin artırılması ilə, Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsində 20-25 xəstəyə tənəffüs dəstəyi bu aparatla həyata keçirilib. Son model süni ventilyasiya cihazının imkanlarının qiymətləndirilməsi yeni elmi istiqamətlərin planlaşdırılmasına zəmin yaradıb. Bu istiqamətdə ETPİ-də doktorant Regina Nemətova süni ventilyasiya aparatının rejimindən asılı olaraq vaxtından əvvəl doğulan uşaqlarda kəskin böyrək zədələnməsinin ağırlıq dərəcəsinin qiymətləndirilməsi, bu patologiyaların genetik səviyyədə təhlilinin aparılması əsasında əldə olunan nəticələri praktik təbabətə tətbiq edərək elmi tədqiqat aparacaq. Bu tədqiqat süni ventilyasiya aparatlarının uşaqlarda inkişaf edən müxtəlif xəstəliklərə necə təsir etdiyini daha dərindən anlamağa kömək edəcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Pediatriya İnstitutuna göstərdiyi diqqət və qayğı nəticəsində nəinki körpələrin həyata qaytarılması, eyni zamanda tibb sahəsində yeni elmi istiqamətlərin formalaşmasına və müasir tədqiqatların başlanğıcının qoyulmasına səbəb olub. Bu təhlilin nəticəsi həkimlərin daha da təkmilləşməsinə və öz sahələrində ən müasir biliklərə yiyələnmələrinə imkan yaradacaq.
Bu aparatlar vasitəsilə aparılan klinik təcrübələr və elmi tədqiqatlar, körpələrdə tənəffüs sistemi tərəfindən yaranan probləmlərin daha düzgün və sürətli müalicə yollarını tapmağa kömək edir, həkimlərin və tibbi heyətin təkmilləşməsinə imkan yaradır. Həkim-mütəxəssislər yeni metodlarla işləyərək elmi yenilikləri tətbiq etmək və xəstələrə daha yaxşı xidmət göstərmək bacarıqlarını inkişaf etdirirlər.