Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın (fevral ayı üçün) növbəti iclası keçirilib

İnstitutunun direktoru, Elmi Şuranın sədri t.ü.f.d., dos Aynur Poluxova keçirilən iclasın gündəliyinə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq cərahiyyə şöbəsinin və Konsultativ poliklinika şöbəsinin iş fəaliyyəti haqqında 2024-cü il üçün illik hesabatı, o cümlədən müxtəlif məsələlərin daxil olduğunu bildirib.
Uşaq cərrahiyyə şöbəsinin müdiri Umud Musayev və Konsultativ poliklinika şöbəsinin müdiri Təranə Kazımova şöbənin 2024-cü il üçün iş fəaliyyəti haqqında illik hesabatı təqdim ediblər. Hesabatlar açıq səsvermədə qənaətbəxş hesab olunub.
Daha sonra elmi katib, t.ü.f.d.,dos Sevinc Nəsirova institutda keçiriləcək tədbirlər, konfranslar haqda və qarşılıqlı əməkdaşlıq çərçivəsində ETPİ-nin həkim-mütəxəssislərinin Qırğızıstan və Qazaxıstanda keçiriləcək konfransda iştirakı barədə məlumat verib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *