Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 15-16 aprel 2025-ci il tarixlərində Nadir Xəstəliklər çərçivəsində Nadir xəstəliklər: Şəxsi təcrübəmiz mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Konfransda beynəlxalq kriteriyalara əsasən institutda rast gəlinən müxtəlif nadir xəstəliklər haqqında ixtisaslaşmış və müxtəlif profilli həkim-mütəxəssislərin çıxışları olacaq. Çıxışlar əsasında həkimlər arasında təcrübə mübadiləsi aparılacaq, nadir xəstəliklərin diaqnostikasında rast gəlinən çətinliklər, bu xəstəlikdən əziyyət çəkən pasiyentlərin diaqnostik müalicəsi və sosial-psixoloji adaptasiyasının təşkilinə zəmin yaradacaq müzakirələr baş tutacaq.
Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə əməkdaşlıq edən ölkələrin qabaqcıl mütəxəssislərin məruzələri dinləniləcək, qarşılıqlı fikir mübadiləsi aparılacaq.
Konfranasın keçirilməsində məqsəd nadir xəstəliklərə diqqəti cəlb etmək, nadir xəstəlikləri olan şəxslər və onların ailələri üçün müalicə və tibbi təminat imkanlarını artırmaqdan ibarətdir.
Konfrans hibrid (oflayn və onlayn) formatda keçiriləcək.
Yerli və xarici spikerlərin olacağı bu unudulmaz konfransı qaçırmamağınızı tövsiyə edirik!
Qeydiyyatdan keçməyə tələsin!