Vebinarda İsrail və Azərbaycan pediatrları arasında qarşılıqlı əməkdaşlıq memorandumuna uyğun olaraq pnevmotoraks və ağciyər hipertenziyası zamanı mexaniki ventilyasiya strategiyaları, yenidoğulmuşlarda sepsis, bronxopulmonar displaziya, yenidoğulmuşlarda açıq arterial axacaq xəstəlikləri barədə qarşılıqlı fikir mübadiləsi aparılacaq.
Mühazirəçilərdən sonra vebinarda dialoq formatında neonatologiyaya aid maraqlı mövzular və yenilikliklər müzakirə olunacaq, yenidoğulmuşların və vaxtından əvvəl doğulmuş körpələrin reanimasiyasına müasir yanaşmalar, davamlı fetal qan dövranı, mekonial aspirasiya və.s mövzularda müzakirələr təşkil ediləcək.
Vebinarın keçirilməsində əsas məqsəd uşaqlara göstərilən tibbi yardımın təşkilini daha da yaxşılaşdırmaq və təkmilləşdirməkdən ibarətdir. Konqresdə pediatriyanın aktual problemləri, uşaqlarda rast gəlinən xəstəliklər nəticəsində baş verən ölüm hallarının azaldılmasına dair istifadə olunan müasir müalicə üsulları və profilaktik tədbirlər, iki ölkənin klinik təcrübəsi müzakirə olunacaq.
Tədbirin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunması üçün müraciət olunub.