Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (ETPİ) ilə Qırğızıstan Respublikası “Ana və Uşaqların Mühafizəsi Milli Mərkəzi”, İsrail Respublikası “Soroka” Universiteti Cheryl və Chaima Saban Uşaq Xəstəxanası ilə ZOOM platforması üzərindən onlayn görüşlər keçirilib

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Qırğızıstan Respublikası “Ana və Uşaqların Mühafizəsi Milli Mərkəzi” ilə keçirilən onlayn görüşdə institutun direktoru, elmi katib və elmi işçilər iştirak ediblər. Toplantıda qarşılıqlı əməkdaşlığa uyğun olaraq fevral ayında keçiriləcək onlayn seminar haqqında müzakirələr aparılıb. Birgə fəaliyyət üçün planlar, konfransların keçirilməsi, elmi məqalələrin çap olunması məsələləri müzakirə olunub. ETPİ-dən iki həkim pediatr Qırğızıstan Respublikasında keçiriləcək konfransda məruzə üçün dəvət alıb.
İsrail Respublikası “Soroka” Universiteti Cheryl və Chaima Saban Uşaq Xəstəxanası ilə keçirilən onlayn görüşdə Neonotologiyanın Aktual Problemlərinə həsr olunan 4 mövzu müzakirə edilib. Müalicədə təcrübə mübadiləsi və aprel ayında keçiriləcək mühazirələrin təşkilinə dair məsələlərə nəzər salınıb. “Molibden kofaktor çatışmazlığı” mövzusunda institutun əməkdaşları tərəfindən yazılan klinik müşahidə “Soroka” Universitetinin nadir genetik xəstəliklər üzrə mütəxəssisi prof. Orna Stars Xaxamın rəyinə verilib. Bu barədə də görüşdə ətraflı müzakirə aparılıb
Qazaxıstan Respublikası “Pediatriya və Uşaq Cərrahiyyə Elmi Mərkəzi” ilə imzalanan memorandum çərçivəsində ETPİ-dən 2 nəfər həkim mütəxəssisin Qazaxıstan Respublikasında keçiriləcək beynəlxalq elmi-praktik konfransda iştirakı planlaşdırılıb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *