İnstitutunun direktoru, Elmi Şuranın sədri t.ü.f.d., dos Aynur Poluxova keçirilən iclasın gündəliyinə İnstitutun elmi şöbələrinin (Yenidoğulmuş və vaxtındanqabaq doğulmuş uşaqların patologiyası elmi şöbəsi, Uşaq xəstəlikləri (Pediatriya üzrə elmi şöbə) Tibbi sosial araşdırmalar və elmi-tədqiqat işlərinin planlaşdırılması şöbəsi və Diaqnostik tədqiqatlar laboratoriyası) 2024-cü il üçün illik hesabatı və müxtəlif məsələlərin daxil olduğunu bildirib. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda işçilərin elmi fəaliyyətinin inkişafı, institut əməkdaşlarının akademik məhsuldarlıq səviyyəsinin dünya miqyasında dəyərləndirilməsi, beynəlxalq standartlara və əməkdaşlığa uyğun çap olunmuş orijinal elmi əsərlərin sayının artması, aparılan elmi tədqiqatların nəticələrinin beynəlxalq miqyasda daha geniş yayılması məqsədilə Q indeksli nüfuzlu beynəlxalq jurnallarda elmi işlərini çap etdirən əməkdaşlara veriləcək mükafatlar və alınan patentlərə görə mükafatlar barədə məlumat verib.
İclasda elmi şöbələrin rəhbərləri tərəfindən 2024-cü il üçün illik hesabatlar dinlənilib. Hesabatların geniş müzakirəsi keçirilib, tövsiyələr verilib və açıq səsvermə ilə qənaətbəxş hesab olunub.
Elmi katib t.ü.f.d.,dos. Sevinc Nəsirova iclasın gündəliyində olan müxtəlif məsələlər barədə ətraflı məlumat verib, şura üzvləri ilə müzakirə edilib, irad və təkliflər bildirilib.
Sonda direktor qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.