“Neonatologiyanın aktual problemləri”nə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən 18 dekabr 2024-cü il tarixində “Neonatologiyanın aktual problemləri”nə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Konfransda ölkəmizin bu sahədəki aparıcı mütəxəssislərinin və xarici ölkələrdən dəvət edilən mütəxəssislərin məruzələri və maraqlı müzakirələr nəzərdə tutulub.
Tədbirin keçirilməsində əsas məqsəd neonatologiyada aktual problemlərin dinlənilməsi, uşaq ölümünün azaldılması, neonatal tibbin inkişafı, beynəlxalq standartlara uyğun klinik protokolların tətbiqi, institutda aparılan klinik və elmi işlərin nəticəsinin müzakirəsidir.
Konfransda iştirak üçün aşağıdakı nömrə ilə əlaqə saxlamağınız xahiş olunur.
Qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur.
Ətraflı məlumat üçün:
Tel: 0503622629

Leave a Comment

Your email address will not be published. Required fields are marked *