Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın növbəti iclası keçirilib


İnstitutunun direktoru, Elmi Şuranın sədri t.ü.f.d., dos Aynur Poluxova keçirilən iclasın gündəliyinə İnstitutun burada hazırlıq keçən həkim-rezidentlərin və onların rəhbər-kuratorlarının illik hesabatlarının müzakirəsi və rezidentlərin attestasiyası, qarşılıqlı əməkdaşlıq barədə beynəlxalq müqavilələrin müzakirəsi, doktoranturaya qəbulun nəticələri və müsabiqə məsələlərin daxil olduğunu bildirib.
İclasda 11 həkim-rezidentin təqdimatla hesabatı dinlənilib. Hesabatların geniş müzakirəsi keçirilib, tövsiyələr verilib və açıq səsvermə ilə qənaətbəxş hesab olunub.
Elmi katib t.ü.f.d., dos. Sevinc Nəsirova institutda imzalanan beynəlxalq müqavilələr və doktoranturaya qəbul barədə məlumat verib. Müsabiqənin nəticələrinə əsasən bu il instituta 2 qiyabi doktorant qəbul olub.
Sonra gündəlikdə olan müxtəlif məsələlər şura üzvləri ilə müzakirə edilib, irad və təkliflər bildirilib.
Sonda direktor qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *