Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 25 iyul Ümumdünya Suda Boğulmaların Qarşısının Alınması Günü münasibətilə seminar keçirilib

Seminarda institutun rəhbərliyi, həkim-əməkdaşlar, həkim-rezidentlər iştirak ediblər.
İnstitutun həkim-rezidenti Aytən Quliyeva “Suda boğulma zamanı ilk tibb yardım” mövzusunda təqdimatla çıxış edib. Həkim-rezident çıxışında qeyd edib ki, suda boğulma təsadüfi ölüm hallarının əsas səbəblərindən biridir. Kişilər arasında boğulma riski qadınlarla müqayisədə daha çoxdur. Dəniz sahili, göllər, çaylar, kanallar, suvarma qurğuları suda boğulma hadisələrinin baş verdiyi əsas yerlər olduğunu diqqətə çatdıran həkim rezident boğulmanın patofiziologiyası, tipləri, boğulmalar zamanı diqqətə alınmalı amillər haqqında ətraflı məlumat verib. Huşu aydın olan boğulmuş şəxsə ilk yardım, ağciyər mənşəli ağırlaşmalar, xəstənin dəyərləndirilməsi, profilaktikası barədə geniş təqdimatı izləyicilərin diqqətinə çatdırıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *