Rusiya Federasiyasının Səhiyyə Nazirliyi tərəfindən 10-21 iyun 2024-cü il tarixlərində “Milli Elmi Tədqiqat Uşaq Sağlamlığı Mərkəzi”ndə keçirilən seminarda Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim mütəxəssisləri Aytəkin Adilova, Aygün Manafova, Ruhiyyə Məmmədova, Aytəkin Əliyeva iştirak edib.
Kursda pediatriyanın müxtəlif sahələri, allerqoloji, nefroloji, nevroloji, uşaqlarda mədə-bağırsaq xəstəliklərinin diaqnostikası və uşaq cərrahiyyəsinin bütün sahələrinə toxunulub. ETPİ-nin 4 həkim-mütəxəssisi kursu müvəffəqiyyətlə başa vurub və sertifikatlar alıblar.