Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinin tibb bacısı Arzu Muradova Qazaxıstan Respublikasında keçirilən konfransda iştirak edib.
“Sağlam nəsil – Qazaxıstanın gələcəyidir” adlı 2-ci beynəlxalq konfransda iştirak edən tibb bacısı “Vaxtından əvvəl yenidoğulmuş körpələrdə akustik stres, onların əmələ gəlmə səbəbləri və aradan qaldırılma üsulları” mövzusunda təqdimatla çıxış edib.